ELANLAR

4763

Bio International Convention 2014 – Biotexnologiyalar üzrə sərgi və konfrans öz işinə başlayıb

24 İyun 2014 - 15:00
Bio International Convention 2014 – Biotexnologiyalar üzrə sərgi və konfrans öz işinə başlayıb, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

ABŞ-ın San-Diyeqo şəhərində (Kaliforniya ştatı) dünyanın ən iri tədbirlərindən olan Bio International Convention 2014 – Biotexnologiyalar üzrə sərgi və konfrans öz işinə başlayıb. ABŞ-ın müxtəlif ştatlarında və ənənəvi olaraq hər il keçirilən tədbir 23-26 iyun tarixlərinədək davam edəcək. 

Tədbirdə səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, həmçinin biotexnologiyalar üzrə sferaların tədqiqi və inkişafı sahəsi üzrə çalışan alim və mütəxəssislər, tədqiqatçılar toplaşır. 

Sərgi biotexnologiyalar əczaçılıq və baytarlıqda, tibb, kənd təsərrüfatı və sənayedə biotexnologiya, ekobiotexnologiya (biotexnologiya və ətraf mühit), biogeotexnologiya, bioenergetika, nanotexnologiyalar, mikroorqanizmlərin seleksiya və genetikası, bioçip və biosensorlar, informasiya təminatı, əqli və sənaye mülkiyyətinin mühafizəsi, biotexnoloji məhsulların standartlaşdırılması və sertifikatlaşdırılması kimi əsas istiqamətləri əhatə edəcək. 

expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, Bio International Convention 2015 Filadelfiya (Pensilvaniya ştatı), BIO 2016 isə Çikaqo şəhərində (İllinoys ştatı) keçiriləcək.