ELANLAR

3576

5-ci “Mobillik qrantı” müsabiqəsi elan edildi

13 İyun 2014 - 11:00
5-ci “Mobillik qrantı” müsabiqəsi elan edildi, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AR Prezidenti yanında Elmin İnkişafı Fondu qrantların verilməsi üzrə 2014-cü ildə 5-ci “Mobillik qrantı” müsabiqəsini elan edib. 

Müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq və onlara xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübə keçmədə iştirak, Azərbaycanda əldə olunmuş elmi nəticələrin tanıdılması və yeni əlaqələrin qurulması imkanı yaratmaq məqsədi daşıyır. 

Fonddan bildirilib ki, kiçik maliyə həcmli (10 min manatadək) qrantların verilməsi yolu ilə XETİ Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyələşdirilməklə təmin edilməsi və QMTK (Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə qısamüddətli təcrübəkeçmə proqramlarında iştirakının qismən və ya tam şəkildə maliyələşdirilməklə təmin edilməsi) xüsusi layihələri maliyyələşdiriləcək. 

ictnews.az elektron xəbər xidmətinin məlumatına görə, müsabiqə çərçivəsində qrant maliyələşdirilməsinin ümumi həcmi 100 000 (yüz min) manat nəzərdə tutulub. Elmin İnkişafı Fondunun 2013-cü ildə 1-ci, 2-ci, 3-cü və 2014-cü ildə keçirilmiş 4-cü “Mobillik qrantı” müsabiqələrinin qalibi olmuş, həmçinin Fondun hazırda yerinə yetirilən digər (pilot, fundamental-tətbiqi xarakterli və s.) layihələrində iştirak edən layihə rəhbərləri və icraçıları 5-ci “Mobillik qrantı” müsabiqəsində iştirak edə bilməzlər. 

Cari müsabiqəyə yalnız 1 oktyabr - 31 dekabr tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər ərizələrini təqdim edə bilərlər. “Mobillik qrantı” müsabiqəsində iştirak etmək istəyən iddiaçılar üçün elmi dərəcə və elmi ad, yaş və s. kimi məhdudiyyətlər qoyulmur. Azərbaycandan olan alim və mütəxəssislərin xaricdə keçirilən nüfuzlu regional və beynəlxalq elmi tədbirlərdə elmi məruzələrlə iştirakının qismən və ya tam şəkildə maliyələşdirilməklə təmin edilməsi üzrə qrant iddiaçılarının adıçəkilən tədbirlərdə plenar, dəvətli və ya şifahi məruzələri nəzərdə tutulmalıdır. 

Bu haqda təsdiqedici sənəd və ya dəvətnamə olmalı və müsabiqəyə təqdim olunan sənədlərə əlavə edilməlidir. “Divar” tipli məruzələr (“poster”) və ya məruzəsiz iştiraklar üzrə təqdim edilmiş layihələr texniki ekspertiza mərhələsindən keçməyəcək.