ELANLAR

48

“SCOPUS AI – Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” mövzusunda info-sessiya keçiriləcək

03 Fevral 2025 - 14:32
“SCOPUS AI – Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” mövzusunda info-sessiya keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Fevralın 12-də saat 11:00-da Bakı Mühəndislik Universitetində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “SCOPUS AI – Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” adlı info-sessiya keçiriləcək.

İnfo-sessiya “SCOPUS AI” alətindən səmərəli istifadə edərək əhatəli ədəbiyyat axtarışı, tədqiqat trendlərinin, istinadlar və tədqiqat təsirlərinin təhlili, elmi araşdırmalar üçün süni intellekt alətindən səmərəli istifadə, eləcə də iş prosesini optimallaşdıraraq tədqiqata ayrılan vaxta qənaət kimi mövzuları əhatə edir.

Sessiyada elm və ali təhsil müəssisələrinin akademik və inzibati heyəti (tədqiqatçılar, müəllimlər, doktorantlar, magistrantlar və elmi fəaliyyətə marağı olan digər şəxslər) iştirak edə bilər.