ELANLAR

530

“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri”  mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

04 Oktyabr 2024 - 14:51
“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri”  mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Elmi-tədqiqat institutları, ali məktəblər, müəssisə, idarə və təşkilatların rəhbərlərinin və əməkdaşlarının nəzərinə çatdırılır ki, 7 noyabr 2024-cü il tarixində İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti, Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutu və Radiasiya Problemləri İnstitutu birlikdə “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri”  mövzusunda Respublika elmi-praktiki konfransı keçirəcəkdir.   

Konfransda COP29-un çağırışları kontekstində yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri problemlərinin həllində yaşıl və rəqəmsal texnologiyalar, transformasiyalar, onların təsirləri və neqativ-pozitiv aspektləri, o cümlədən yaşıl iqtisadiyyatın formalaşmasında Süni intellekt, Əşyaların İnterneti, 3D çap texnologiyaları, ekoloji problemlər və İKT, radiasiya təhlükəsizliyi və yaşıl cəmiyyət, yaşıl enerji və smart texnologiyalar  və s. kimi  aktual mövzular  müzakirə olunacaqdır.

Konfransda iştirak etmək üçün məqalə və tezislərin adı, annotasiyası, açar sözləri, təqdimat variantı 25 oktyabr 2024-cü il tarixinədək Azərbaycan, rus və ingilis dillərinin birində təqdim olunmalıdır.

Məqalə və ya tezislərin tərtib olunması qaydaları:

– Mətn 12 ölçüdə Times New Roman şrifti ilə, sətirlərarası məsafə 1.15 intervalla, kənarlardan (hər tərəfdən 2.0 sm) boşluq buraxılmalı, başlıq mərkəzdə yazılmalı, səhifələr sağ tərəfdə aşağıdan nömrələnməlidir.

– Məqalə və tezislərdə müəlliflərin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, telefon nömrəsi və elektron poçt ünvanı qeyd edilməlidir.

– Müəllifin soyadı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə; təşkilatın adı adi şriftlə mərkəzdə yazılmalıdır.

– Məqalə formasındakı məruzələrin həcmi 8-10 səhifə,  tezislər isə 3-4 səhifə olmalıdır. Məqalə və tezislərə “Xülasə”  (80-150 söz), “Açar sözlər” (5-8), “Giriş”, “Əsas hissə”,  “Nəticə”, “Ədəbiyyat siyahısı” əlavə olunmalıdır.

Mətndə istinadlar [3] və ya [3; 6; 8] kimi yazılmalıdır.

Təşkilat komitəsi konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məqalə və məruzələri qəbul etməyə bilər.

Konfransda məruzə edilmış və bəyənilmiş materiallar respublika elmi-praktiki konfransın  materialları kimi kitab şəklində çap olunacaqdır.

Çap olunmuş materiallardan ən yaxşısı yenidən işlənilərək və təkmilləşdirilərək İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyalarının Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarında da nəşr olunması tövsiyə ediləcəkdir.

Məqalə və tezisləri elektron formada  alovsat_qaraca@mail.ru ünvanına göndərmək lazımdır. Əlaqə telefonu: 012 539-72-26

Konfrans İnformasiya Texnologiyaları İnstitutunda, Bakı ş., B.Vahabzadə 9 ünvanında keçiriləcəkdir.