Tayvanda Computex Taipei 2014 sərgisi keçiriləcək 02.06.2014    12:00

yunun 3-dən 7-dək Tayvanda “Taipei World Trade Center” sərgi kompleksində Beynəlxalq informasiya texnologiyaları və kommunikasiyalar - Computex Taipei 2014 sərgisi keçiriləcək. 5 gün davam edəcək sərginin təşkilatçısı TAITRA şirkətidir. 

İlk COMPUTEX sərgisi 1981-ci ildə keçirilib və Asiyada İT-sənayesi sahəsi üzrə ən iri tədbir hesab olunur. Hər il ənənəvi olaraq kompüter texnikası və elektronika sferalarının aparıcı istehsalçılarını toplayan Computex Taipei əhəmiyyətinə görə Almaniyadakı CeBIT sərgisindən sonra ikinci yeri tutur. 

Computex Taipei sərgisini hər il 120 000–dən artıq iştirakçı ziyarət edir. 

Sərgi çərçivəsində seminar, konfrans və forumlar keçirilir ki, burada İT-sferasının liderləri aktual məsələləri və innovasiyaları müzakirə edirlər. İştirakçılar bu sahədə müşahidə olunan əsas tendensiyalarla tanış olurlar. 

expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, tədbirdə kompüter sistemləri və texnologiyaları, sistem plataları, aksessuarlar, periferik və kommunikasiya avadanlıqları, proqram təminatı, rəqəmsal əyləncə məhsulları, multimedia və s. sahələrdə əldə olunmuş məhsullar, innovasiyalar nümayiş etdiriləcək. 

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti