İnstitutun həmtəşkilatçılığı ilə “XII Milli Superkompüter Forumu” keçiriləcək 02.10.2023    10:11

28 noyabr – 1 dekabr 2023-cü il tarixlərində İnformasiya Texnologiyaları İnstitutunun həmtəşkilatçılığı ilə Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində “XII Milli Superkompüter Forumu” (Национальный Суперкомпьютерный Форум, НСКФ-2023) keçiriləcək.

Hibrid formatda baş tutacaq “НСКФ-2023” Rusiya Elmlər Akademiyasının Nanotexnologiyalar və İnformasiya Texnologiyaları Bölməsinin dəstəyi ilə keçirilir. Forum superkompüter texnologiyalarının yaradılması və tətbiqi təcrübəsi məsələlərinə həsr olunub.

Tədbir çərçivəsində ümumrusiya elmi-praktik konfransı və sərginin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Rusiyada superkompüter sahəsində ən əhəmiyyətli tədbirlərdən biri hesab olunan “НСКФ-2023” Rusiya Elmlər Akademiyasının A.K Aylamazyan adına Proqram Sistemləri İnstitutunda ənənəvi olaraq hər ilin noyabr ayının son həftəsində keçirilir. 

“XII Milli Superkompüter Forumu” haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: nscf.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti