“Horizon Avropa” Proqramına layihələrin hazırlanması üzrə təlimlər keçiriləcək 26.07.2023    14:43

Avropa Komissiyası (AK) Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əməkdaşlığına Dəstək, Azərbaycan tədqiqatçılarının, dövlət və özəl sektorlardan olan mütəxəssislərin “Horizon Avropa” Proqramında uğurlu iştirakının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə, AK-nın ekspertlərinin iştirakı ilə layihələrin hazırlanması üzrə növbəti təlimlərin və fərdi məsləhətlərin təşkil edilməsi nəzərdə tutulub.

26-27 sentyabr 2023-cü il tarixlərində layihələrin hazırlanması üzrə keçiriləcək təlim Azərbaycandan olan tədqiqatçılar və innovatorlara “Horizon Avropa” Proqramının yeni çağırışlarına yüksək keyfiyyətli və rəqabətədavamlı layihə təkliflərinin hazırlanması, onların Avropa tədqiqat və innovasiya şəbəkəsinə inteqrasiya olunması üçün köməklik göstərilməsinə yönəldilib. 28-29 sentyabr 2023-cü il tarixlərində keçiriləcək ekspert məsləhətlərinin təşkilinin məqsədi isə konkret layihə təkliflərinə fərdi dəstəyin göstərilməsidir.

Təlimlərdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər: https://horizoneuropeazerbaijan.service-facility.eu/

Qeydiyyat 1 sentyabr 2023-cü il tarixinə qədər açıqdır. Təlimlərdə iştirak üçün seçimlər AK-nın ekspertləri tərəfindən aparılacaqdır.

Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinə müraciət edilə bilər.

Əlaqə: (+994 12) 492 34 46, (+994 12) 492 54 93;

E-mail: hh.esmal@hotmail.com

science.gov.az

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti