“Tanıma – 2021” XVI beynəlxalq konfransı keçiriləcək 12.03.2021    15:37

14-17 sentyabr 2021-ci il tarixlərdə Rusiyanın Cənub-Qərb Dövlət Universitetinin təşkilatçılığı ilə “Tanıma – 2021” XVI beynəlxalq konfransı (Распознавание — 2021) keçiriləcək. Tədbirin təşkilatçılarından biri də  AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

 Konfransın əsas istiqamətləri aşağıdakılardır:

-  Təsvirlərin emalı, analizi və tanınmasının riyazi nəzəriyyəsi;

-  İxtisaslaşdırılmış hesablama vasitələri, təsvirlərin emalı və obrazların tanınmasında paralel və paylanmış hesablamalar;

-  Optik-elektron sistemlərin (robot texnikası sistemləri) tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması, elektronikada, informasiyanın və təsvirlərin emalı sistemlərində bifurkasiyalar və xaos;

-  Texniki görmə sistemləri əsasında tibbi-ekoloji informasiya texnologiyaları.

Tədbirdə iştirak etmək üçün müəyyən edilmiş tələblərə uyğun hazırlanmış hesabat tezislərinin martın 15-dək Təşkilat Komitəsinin elektron poçt ünvanına (recognition-2021@rambler.ru) göndərmək tələb olunur.

Daha ətraflı məlumatı konfransın rəsmi səhifəsi olan www.swsu.ru saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti