“Paralel Hesablama Texnologiyaları” XVI beynəlxalq konfransı keçiriləcək 09.03.2021    10:58

13-18 sentyabr 2021-ci il tarixlərdə Rusiyanın Kalininqrad şəhərində “Paralel Hesablama Texnologiyaları” (Parallel Computing Technologies – PaCT-2021) XVI beynəlxalq konfransı keçiriləcək.

Hesablama Riyaziyyatı və Riyazi Geofizika İnstitutu (Rusiya Elmlər Akademiyası, Novosibirsk), İmmanuel Kant Baltik Federal Universiteti, Novosibirsk Dövlət Universiteti və Novosibirsk Dövlət Texniki Universiteti tərəfindən təşkil olunan birgə konfransın məqsədi paralel hesablama texnologiyalarında yeni tendensiyalar və tətbiqetmələr haqqında ümumi məlumat verməkdir. “PaCT-2021” dünyanın hər yerindən gələn alim və mütəxəssislər arasında fikir mübadiləsi üçün forum rolunu oynayaraq, cəmiyyətdə paralel hesablama texnologiyaları ilə bağlı təsəvvürü dərinləşdirməyə kömək edəcək.

Konfrans Rusiya Təhsil və Elm Nazirliyi, Rusiya Elmlər Akademiyası və Rusiya Fundamental Tədqiqatlar Fondu tərəfindən maliyyələşdirilir.

Tədbirin əsas müzakirə mövzularına paralel kompüter sistemlərinin tətbiqinin bütün texnoloji aspektləri, yüksək səviyyəli paralel proqramlaşdırma dilləri və sistemləri, böyük miqyaslı problemlərin paralel həlli üçün metod və vasitələr, paralel emalı dəstəkləyən proqram vasitələri və dillər, əməliyyat sistemləri, xəritəçəkmə, şəbəkə və bulud hesablamaları üçün proqram, alqoritm və proqramların fraqmentasiya və aqreqasiyası, proqramların yığılması və yenidən istifadəsi, paylanmış alqoritmlər və s. daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti