7-9 sentyabr 2021-ci il tarixlərdə İspaniyanın Qranada Universitetində “IFIP EGOV-CeDEM-ePart 2021” konfransı keçiriləcək.
İnformasiyanın Emalı üzrə Beynəlxalq Federasiya (International Federation for Information Processing – IFIP) tərəfindən təşkil olunan konfrans “IFIP WG 8.5 Electronic Government” (EGOV), “The IFIP WG 8.5 IFIP Electronic Participation” (ePart) və “The Conference for E-Democracy and Open Government Conference” (CeDEM) tədbirlərini birləşdirir.
Konfransın əsas müzakirə mövzularına e-hökumət, açıq hökümət, e-iştirak və e-demokratiya, eyni zamanda cəmiyyətdə sosial medianın rolu, rəqəmsal transformasiya, süni intellekt, siyasət informatikası, kibertəhlükəsizlik, hüquqi informatika, “ağıllı” idarəetmə, sosial innovasiya və s. daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.