ELANLAR

3888

YUNESKO “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” elan edib

02 Mart 2020 - 11:16
YUNESKO “Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı” elan edib, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Proqramda üzv dövlətlər tərəfindən milli regional və subregional əsasda yeni layihələrin irəli sürülməsi nəzərdə tutulur.

Hər bir üzv ölkə İştirak Proqramına YUNESKO-nun mandatına uyğun gələn 7 layihə təqdim edə bilər. Üzv dövlətlər təqdim edəcəkləri layihələrdə YUNESKO proqramının 2020-2021-ci illər üzrə müəyyən edilmiş qlobal prioritetlərinə diqqət yetirməyə dəvət olunurlar.

Proqram çərçivəsində milli layihələrə 26 min, subregional və regionlararası layihələrə 28 min, regional layihələrə isə 38 min ABŞ dolları məbləğində vəsaitin ayrılması planlaşdırılır. Layihələr YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası tərəfindən YUNESKO-ya təqdim ediləcək.

Maraqlanan şəxslər layihələri formalar üzrə hazırlayaraq 27 mart 2020-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə təqdim edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.