ELANLAR

4301

“İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı” (AICT 2020) keçiriləcək

13 Fevral 2020 - 12:01
“İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı” (AICT 2020) keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

07-09 oktyabr 2020-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı” (AICT 2020) keçiriləcək.

Qeyd edək ki, bu il 14-cü dəfə keçirilən beynəlxalq konfrans məşhur riyaziyatçı, astronom, coğrafiyaşünas və müasir cəbr elminə mühüm töhfələr bəxş etmiş dünyaşöhrətli alim Əl-Xarəzminin xatirəsinə həsr olunub.

Konfransda iştirak etmək istəyən alim və tədqiqatçılar məqalələrini may ayının 31-dək Təşkilat Komitəsinə (aict@aict.info və ya aict@tuit.uz elektron poçt ünvanlarına) təqdim edə bilərlər.

Konfransın müxtəlif bölmələrində “Alqoritmlər” (xüsusi sessiya),  “Big Data mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “Elmdə və təhsildə İKT-nin rolu”, eləcə də “Verilənlər haqqında elm və genişmiqyaslı analitika” və s. mövzularına həsr olunan məruzələr dinləniləcək.

Beynəlxalq konfransla bağlı ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.