AMEA və TÜBİTAK birgə müsabiqə elan edir 24.01.2020    09:00

Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün layihə müsabiqəsi elan edilir.

Müsabiqə 11 dekabr 2019-cu il tarixindən 6 mart 2020-ci il tarixinə qədər qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.

Ətraflı məlumat və ərizə formaları bei.science.gov.az veb-səhifəsindən əldə edilə bilər.

Azərbaycan tərəfi layihə təkliflərini AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir.

Tel.: (+994 12) 492 34 46

E-mail: esmira.alirzayeva@science.az

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

15 Sentyabr - Bilik Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti