“INFORMATICA 2020” – 18-ci beynəlxalq telekommunikasiya sistemləri sərgisi və konfransı keçiriləcək 28.11.2019    10:53

16-20 mart 2020-ci il tarixlərində Kubada “Dayanıqlı inkişaf naminə” devizi altında 18-ci beynəlxalq telekommunikasiya sistemləri sərgisi və konfransı keçiriləcək.

Ölkənin paytaxtı Havana şəhərinin  ən böyük sərgi kompleksində – Pabexpo Mərkəzində  “INFORMATICA 2020” iştirakçısı olan ölkələrin mobil, peyk və fiber-optik rabitə, məlumat ötürmə şəbəkələri, telekommunikasiya, server və şəbəkə avadanlığı, kabel və peyk televiziyası üçün televiziya yayım sistemləri, yayım, ixtisaslaşdırılmış proqram təminatı, informasiya təhlükəsizliyi, virtualizasiya, İnternet texnologiyaları və xidmətləri, e-ticarət üçün həllər və s. sahəsində əldə olunan ən son yenilikləri nümayiş olunacaq.

Tədbirin elmi proqramına əsasən, 5 gün ərzində “Təhsildə kompüter elmləri”, “İKT səhiyyədə”, “Texnologiya, multimedia və virtual reallıq”, “Latın Amerikası ölkələrinin informasiya təhlükəsizliyi” mövzusuna həsr olunan müxtəlif konqreslər, həmçinin “Beynəlxalq telekommunikasiya simpoziumu”, “İKT və cəmiyyət simpoziumu”, “Rəqəmsal və informasiya elmləri” beynəlxalq konfransı və “İdarəetmədə İKT” adlı beynəlxalq seminar keçiriləcək.

Tədbir haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummilli lider Heydər Əliyevin anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR