ELANLAR

2929

“SIGGRAPH Asia 2019” – ixtisaslaşmış XII beynəlxalq sərgi-konfrans keçiriləcək

13 Noyabr 2019 - 12:08
“SIGGRAPH Asia 2019” – ixtisaslaşmış XII beynəlxalq sərgi-konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

17-20 noyabr tarixərində Avstraliyanın Brisben şəhərində “SIGGRAPH Asia 2019” – ixtisaslaşmış XII beynəlxalq sərgi-konfrans keçiriləcək.

Kompüter qrafikası sahəsində əldə olunan ən son yeniliklərin nümayişinə həsr olunan “SIGGRAPH” (Special Interest Group on Graphics and Interactive Techniques) ilk dəfə 1974-cü ildə Hesablama Maşınları Beynəlxalq Assosiasiyası (ACM SIGGRAPH) tərəfindən keçirilib. Hər il baş tutan ənənəvi sərgi-konfrans əsasən Şimali Amerika ölkələrini əhatə edir.

2008-ci ildə Asiya ölkələrini özündə birləşdirən “SIGGRAPH Asia” təsis edilib. Tədbir çərçivəsində hər il kompüter qrafikası və interaktiv texnologiyalar sahəsində əldə olunan ən son yenilikləri nümayiş olunduğu sərgi, müxtəlif konfrans, dəyirmi masa və seminarlar, kurslar keçirilir.  

“SIGGRAPH Asia 2019” beynəlxalq sərgi-konfransı haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.