ELANLAR

3719

Azərbaycan və Türkiyə arasında elm və texnologiya üzrə müsabiqə elan olunub

05 Mart 2014 - 17:15
Azərbaycan və Türkiyə arasında elm və texnologiya üzrə müsabiqə elan olunub, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Azərbaycan və Türkiyə arasında elm və texnologiya sahəsində birgə tədqiqat və layihələrin işlənməsi ilə bağlı təkliflərin verilməsi üçün müsabiqə elan olunub. 

Məlum olduğu kimi, 2013-cü ilin noyabr ayında Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elm və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanmışdır. Protokola əsasən Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi AMEA, Türkiyə tərəfindən isə TÜBİTAK müəyyən edilmişdir. 

Sənədə əsasən AMEA-nın elmi müəssisələri müvafiq olaraq öz tərəfdaş təşkilatını müəyyənləşdirməli, qarşılıqlı razılıq əldə etməli və həmin təklif formalarını Azərbaycan və ingilis dillərində cari ilin martın 3-dən iyulun 11-dək AMEA Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir. 

Sonrakı mərhələdə tədqiqat və layihələr üzrə təkliflərin TÜBİTAK və AMEA tərəfindən qarşılıqlı razılıq əsasında müəyyənləşdirilərək təsdiq edilməsi nəzərdə tutulur.