ELANLAR

3057

“Bakutel 2019” - beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi-konfransı keçiriləcək

12 Noyabr 2019 - 14:48
“Bakutel 2019” - beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi-konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

“Yüksək texnologiyalar sahəsində mühüm hadisələrdən olan bu sərgi və konfransın informasiya-kommunikasiya texnologiyaları sektoru nümayəndələrinin ənənəvi görüş məkanına çevrilməsi sevindirici haldır.

Ən son yeniliklərin və texnoloji nailiyyətlərin nümayiş etdirilməsi baxımından geniş imkanlara malik “Bakutel” platformasında informasiya-kommunikasiya sənayesi təmsilçiləri, aparıcı biznes rəhbərləri və mütəxəssislər özlərinin qlobal əhəmiyyətli layihələr, eləcə də, gələcək inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşərək həlledici qərarlar qəbul edirlər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

3-6 dekabr 2019-cu il tarixində Bakı Ekspo Mərkəzində  “Bakutel 2019” - yubiley telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi-konfransı keçiriləcək.

Sərginin fəaliyyət sahələri Big Data və biznes analitikasını, İT xidmətlərini, əşyaların İnterneti və M2M-i, bulud texnologiyalarını, robototexnikanı, telekommunikasiya və peyk rabitə sistemlərini, TV və RKİ vasitələrini, smart cihazlar və aksessuarları, rəqəmsal biznes həllərini, bank texnologiyalarını, biznes proseslərin idarə edilməsini, audio-video sistemlərini və s. əhatə edir.

Bakutel təkcə informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayişi ilə məhdudlaşmır. Sərgi həm də, işgüzar konfransların, perspektivli əməkdaşlıqların, rəqəmli gələcəyin yeni aspektlərinin formalaşması üçün qlobal platforma rolunu oynayır.

Sərginin əsas məqsədi sənaye yenilikləri ilə tanışlıq, bazarın tələbatını öyrənmək və yeni ideyalar əldə etmək, yeni əlaqələr qurmaq, mövcud müştərilər ilə qarşılıqlı münasibətləri möhkəmləndirmək, qısa vaxt ərzində geniş çeşidli məhsullar ilə tanış olmaq, yeni texnologiyalar üzrə təchizatçılar seçmək və onları qiymətləndirmək, iş birliyi qurmaq, texniki biliklər almaq, qiymət ilə keyfiyyət arasında birbaşa asılılığı təyin etmək, əməkdaşlıq və s. ibarətdir.

“Bakutel 2019” beynəlxalq sərgi-konfransı haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.