ELANLAR

3753

“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” VIII Beynəlxalq konfransı Astanada keçiriləcək

03 Mart 2014 - 10:29
“İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” VIII Beynəlxalq konfransı Astanada keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə VIII Beynəlxalq konfrans (AICT-2014) bu il 15-17 oktyabr tarixlərdə Qazaxıstanın Astana şəhərində keçiriləcək. Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş, dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssisləri bir araya gətirməkdir. 

Tədbirdə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamlarının iştirakı gözlənilir. 

Təşkilat Komitəsindən bildirilib ki, “AICT-2014” bu sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, mürəkkəb məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur elmi konfranslardan biri olacaq. 

Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti, Qafqaz Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, İnformasiya Təhlükəsizliyi və Kriptologiya İnstitutunun təşkilatçılığı, “IEEE” - Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) texniki dəstəyi ilə keçiriləcək tədbir əsasasən informasiya təhlükəsizliyi problemlərinə həsr olunacaq. 

Təşkilat Komitəsinin məlumatına görə, konfrans müxtəlif illərdə 50-yə yaxın ölkənin, o cümlədən Avstraliya, Azərbaycan, ABŞ, Böyük Britaniya, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Filippin, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, İsveç, Tailand, Türkiyə, Ukrayna, Özbəkistan və s. ölkələrdən olan tədqiqatçıların diqqətini cəlb edib. “AICT-2014” beynəlxalq konfransının tematik mövzularına 80-ə yaxın istiqamət daxildir. 

Bu il tədbirdə “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son tendensiyalar, nailiyyətlər”, “Böyük verilənlərin idarəsi və tətbiqi”, “Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” bölmələri üzrə müzakirələr aparılacaq.