ELANLAR

3224

“it-sa 2019” İT-təhlükəsizlik üzrə beynəlxalq sərgi keçiriləcək

18 Sentyabr 2019 - 12:26
“it-sa 2019” İT-təhlükəsizlik üzrə beynəlxalq sərgi keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

8-10 oktyabr 2019-cu il tarixlərində Almaniyanın Nürenberq şəhərində “it-sa 2019” İT-təhlükəsizlik üzrə beynəlxalq sərgi keçiriləcək.

Əvvəllər “Münhen Security Forum” çərçivəsində keçirilən “it-sa” 2009-cu ildən Nürenberqin Sərgi Mərkəzində müstəqil sərgi olaraq keçirilir. Bu gün “it-sa” dünyada informasiya təhlükəsizliyi üzrə keçirilən əsas sərgilərindən biri hesab edilir.

Sərginin 2018-ci ildə keçirilən 10-cu yubileyində 27 ölkədən 696 eksponent nümayiş olunub və sərgini 50-dən çox ölkədən 14290 ziyarətçi-mütəxəssis ziyarət edib.

Tədbirin əsas müzakirə mövzularına İT-təhlükəsizliyinin bütün spektrləri, o cümlədən sənaye İT-təhlükəsizliyi və məlumatların işlənməsi mərkəzləri üçün fiziki müdafiəyə dair atılan addımlar daxildir.

Tədbirin Congress@it-sa proqramında biliklərin praktiki ötürülməsinə xüsusi diqqət ayrılacaq. Tədbir, həmçinin ilk dəfə olaraq EICAR beynəlxalq konfransı üçün platforma ilə xidmət edəcək.

Tədbir haqqında ətraflı məlumatı sərginin rəsmi saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.