ELANLAR

3923

Xəzər Dəhlizi konfransında regionun informasiya texnologiyaları sahəsində inkişaf potensialı müzakirə ediləcək

27 Fevral 2014 - 12:36
Xəzər Dəhlizi konfransında regionun informasiya texnologiyaları sahəsində inkişaf potensialı müzakirə ediləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Martın 7-də Böyük Britaniyada Xəzər Dəhlizi konfransı keçiriləcək. Londonda baş tutacaq tədbirdə regionun iqtisadi inkişaf perspektivləri və tendensiyaları müzakirə ediləcək. 

Bu mötəbər beynəlxalq konfrans Xəzəryanı ölkələrin hökumət nümayəndələrini, biznes dairələrini, elmi dairələr və KİV nümayəndələrini birləşdirir. Tədbirin təşkilatçıları London Fond Birjası (London Stock Exchange), Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın “Asia House” təşkilatıdır. İkinci Xəzər Dəhlizi Konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək, həmçinin regionun biznes iqlimi, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanların müzakirəsi planlaşdırılır. Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan “TAP” və “TANAP” layihələrinə dair müzakirələrin aparılması da konfransın proqramına daxil edilib. 

Xəbəri ictnews.az elektron xəbər xidməti yayıb.