25 aprel 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Qadınlar İKT-də Beynəlxalq Günü”nə həsr edilmiş respublika elmi-praktiki konfransı keçiriləcək.
Konfransda Azərbaycanın dövlət, elm və təhsil müəssisələrində İKT sahəsində çalışan qadın alim, pedaqoq və mütəxəssislər iştirak edəcəklər.
Elmi toplantıda Azərbaycanda qadınlarla bağlı dövlət siyasəti, ölkədə qadınların İKT sektorunda iştirak səviyyəsi, gender problemlərinin həllində İKT-nin rolu və perspektivləri, İKT və gender mədəniyyəti, qadınların virtual mühitə inteqrasiyasında fərdi məlumatların təhlükəsizliyi, Azərbaycan mədəni mühitində qadınların sosial statusunun inkişafı baxımından kommunikasiyaların rolu və s. mövzularda məruzələr təqdim ediləcək.
Qeyd edək ki, konfransın elanı Beynəlxalq Telekkommunikasiya İttifaqının portalında yerləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.