ELANLAR

3627

Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir

16 Aprel 2019 - 12:00
Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Slovakiya Respublikası 2019-2020-ci tədris ili üçün bakalavriat və ya magistratura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edir.

Müraciət edən şəxslərin ingilis və ya slovak dillərini bilməsi tələb olunur və onların təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları ixtisasları üzrə təhsil alması nəzərdə tutulur.

Proqrama müraciətlər 30 may 2019-cu il tarixinədək qəbul olunur.

Təqaüd proqramı haqqında ətraflı məlumat, tələb olunan sənədlər və digər xərclərlə bağlı məlumatı link vasitəsilə əldə edə bilərsiniz.

Qarşılanan xərclər və aylıq təqaüd məbləği ilə buradan tanış olmaq olar.

Təqaüd proqramı ilə bağlı sualları Slovakiya Respublikasının müvafiq proqram üzrə əməkdaşı Miriama Butorovaya ünvanlaya bilərsiniz.

Əlaqə vasitələri: helpdesk@studyabroad.sk, +421 907 551 404

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.