ELANLAR

3649

İnternet və sistemlərin riskləri və təhlükəsizliyi üzrə 14-cü beynəlxalq konfrans keçiriləcək

25 Fevral 2019 - 15:45
İnternet və sistemlərin riskləri və təhlükəsizliyi üzrə 14-cü beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

29-31 oktyabr 2019-cu il tarixlərində Tunisin Hammamet şəhərində İnternet və sistemlərin riskləri və təhlükəsizliyi üzrə 14-cü beynəlxalq konfrans (The 14th International Conference on Risks and Security of Internet and Systems (CRiSIS) keçiriləcək. Konfrans İnternet ilə əlaqədar tətbiq, şəbəkə və sistemlərdə təhlükəsizlik məsələlərinə həsr olunacaq.

Tədbirdə risklərin təhlili və idarə edilməsi, hücumlar və müdafiə, təşkilati, etik və hüquqi məsələlər, təhlükəsizlik və risklərin qiymətləndirilməsi, əməliyyat sistemlərinin təhlükəsizliyi və etibarlılığı, sənaye nəzarət sistemlərinin təhlükəsizliyi istiqamətlərində müzakirələr aparılacaq.

Məqalələr 9 iyun 2019-cu il tarixinədək qəbul edilir. 

Ətraflı məlumatı crisis2019.redcad.org saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.