Qlobal Koreya təqaüd proqramı elan olunur 22.02.2019    10:00

Koreya Respublikası 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Qlobal Koreya təqaüd proqramı 40 yaşınadək namizədlərə magistratura, doktorantura səviyyələri və tədqiqat sahələri üzrə təhsil almaq üçün təqaüd təminatı verir.

Təqaüd proqramında ingilis (TOEFL və IELTS) və koreya (TOPIK) dilləri üzrə sertifikatı olan namizədlərə üstünlük verilir.

Hər bir tələbənin dil kursu, yol xərci, o cümlədən sığorta xərci Qlobal Koreya təqaüd proqramı tərəfindən qarşılanır. Təqaüdlərin aylıq məbləği magistratura təhsil səviyyəsi üçün 900.000 KRW (1359 AZN), doktorantura üçün 1.500.000 KRW (2265 AZN) təşkil edir.

Namizədlər sənədlərini 04 mart 2019-cu ilə qədər Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidir.

Ətraflı məlumat və tələb olunan sənədlər üçün studyinkorea.go.kredu.gov.az saytlarından istifadə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti