21-24 may 2019-cu il tarixlərində Rusiyanın Kursk şəhərində Cənub-qərbi Dövlət Universitetinin Hesablama texnikası kafedrası əsasında “Tanınma – 2019” XV beynəlxalq konfransı keçiriləcək.
Konfransın əsas istiqamətlərinə təsvirlərin emalı, analizi, tanınması və başa düşülməsinin riyazi nəzəriyyəsi, layihələndirmə və maşın görməsi sistemlərinin hesablanmasının əsasları, ixtisaslaşdırılmış hesablama vasitələri, obrazların tanınması və təsvirlərin işlənməsində paralel və paylanmış hesablamalar, optik-elektron sistemlərin tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması, idarəedilməsi və s. daxildir.
Konfransa məqalələr 15 fevral 2019-cu il tarixinədək qəbul edilir.
Tədbir haqqında ətraflı məlumatı konfransın rəsmi saytından əldə etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.