ELANLAR

4145

E-cəmiyyət üzrə 17-ci beynəlxalq konfrans keçiriləcək

10 Yanvar 2019 - 11:32
E-cəmiyyət üzrə 17-ci beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

11-13 aprel 2019-cu il tarixlərdə Niderlandın Utrext şəhərində E-cəmiyyət üzrə 17-ci beynəlxalq konfrans keçiriləcək. Tədbir informasiya cəmiyyətində (İC) narahatlıq doğuran əsas problemlərin həllinə dəstək məqsədi daşıyır və İC-nin texniki aspektləri ilə yanaşı, digər aspektlərini də əhatə edir.

Tədbirdə e-dövlət, e-biznes, texnologiya və cəmiyyət, rəqəmsal xidmətlər, e-təlim, yeni media və e-cəmiyyət, e-səhiyyə, informasiya sistemləri, informasiyanın menecmenti istiqamətlərində müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransın materialları “Elsevier”, “Scopus”, “Web of Science”, “EBSCO” və s. nüfuzlu beynəlxalq bazalarda indeksləşəcək. Seçilmiş məqalələr isə “Interactive Technology and Smart Education (ITSE) journal” və “IADIS International Journal on Www/Internet”də nəşr olunacaq.  

Məqalələr 8 fevral 2018-ci il tarixinədək qəbul olunur.

Ətraflı məlumatı www.esociety-conf.org saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.