5-8 avqust 2019-cu il tarixlərində Yaponiyanın Fukuoka şəhərində IEEE tərəfindən təşkil olunan “The 17th IEEE International Conference on Pervasive Intelligence and Computing – IEEE PICom 2019” (Nüfuz edən İntellekt və Hesablama üzrə 17-ci IEEE beynəlxalq konfransı) keçiriləcək.
cyber-science.org saytının məlumatına görə, tədbirin keçirilməsində məqsəd kompüter elmləri üzrə alim və mütəxəssisləri bir araya gətirmək, nüfuz edən intellekt və hesablama sahəsində əldə olunan mühüm elmi nəticələrin müzakirəsi və mübadiləsini həyata keçirməkdir.
Hesablama intellekti, Əşyaların İnterneti, dərin təlim və hesablama, Big Data və “ağıllı” data, kraudsorsinq və sosial hesablama, kiber-fiziki hesablama, əşyaların buludu, daşınan qurğular və tətbiqetmələr, sensor texnologiyalar və şəbəkələr, gizlilik, təhlükəsizlik və etibarlılıq, Cloud Computing, nüfuz edən hesablama xidmətləri, “ağıllı” şəhərlər və evlər, semantik analiz və s. konfransın əsas mövzularını əhatə edir.
Qeyd edək ki, konfransa məqalələr 20 mart 2019-cu il tarixinədək qəbul edilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.