ELANLAR

4226

Big Data xidməti və tətbiqetmələri üzrə V beynəlxalq konfrans keçiriləcək

07 Dekabr 2018 - 12:18
Big Data xidməti və tətbiqetmələri üzrə V beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

4-9 aprel 2019-cu il tarixlərində ABŞ-ın San-Fransisko şəhərində IEEE tərəfindən təşkil olunan “Big Data xidməti və tətbiqetmələri” – “IEEE Big Data Service 2019” keçiriləcək. Tədbir tədqiqatçılara innovativ ideyalar, tədqiqatların son nəticələri və təcrübə mübadiləsi üçün imkan yaradan forumdur. Konfransın əsas hədəflərinə səhiyyə, biznes və maliyyə, təhsil, sosial şəbəkələr və media, şəhər və ətraf mühit, sensorlar və Əşyaların İnterneti kimi müxtəlif sahələrdə Big Data tətbiqetmələri, eləcə də böyük məlumat xidmətlərinin texnoloji aspektləri daxildir.

big-dataservice.net saytının məlumatına görə, böyük məlumat bazası; böyük məlumatlar üçün əsaslı nəzəri və hesablama modelləri; böyük məlumatlar üçün proqramlaşdırma modelləri, nəzəriyyələr və alqoritmlər; böyük məlumatlar üçün standartlar, protokollar və keyfiyyət təminatı; innovativ Big Data platformaları; böyük məlumatların emalı texnologiyaları; böyük məlumat xidmətləri və tətbiqetmələrinin inkişaf metodları və alətləri; böyük məlumatların keyfiyyətinin qiymətləndirilməsi texnologiyaları; Big Data sisteminin etibarlılığı; Big Data analitikası və xidmətləri; böyük məlumatların axtarışı, analitikası və vizualizasiyası üçün alqoritmlər və sistemlər; böyük məlumatlar üçün süni intellekt; Əşyaların İnterneti; “ağıllı” şəhər; səhiyyə üçün Big Data xidməti və tətbiqetmələri və s. konfransın əsas mövzularını əhatə edir.

Qeyd edək ki, konfransa məqalələr 14 dekabr 2018-ci il tarixinədək qəbul edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.