ELANLAR

3654

MWC 2014 sərgisindən nə gözləmək olar?

17 Fevral 2014 - 10:00
MWC 2014 sərgisindən nə gözləmək olar?, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Mobile World Congress-2014 beynəlxalq elektronika sərgisi 24-27 fevral tarixlərində Barselonada (İspaniya) keçiriləcək. İT sahəsinin nəhəng istehsalçıları görəsən bu dəfə ziyarətçilərini nə ilə təəccübləndirəcəklər? 

Sərgidə Cənubi Koreyanın “Samsung” şirkətinin “Gear” smart-saatları və digər qurğularla yanaşı Android əməliyyat sistemi ilə rəqabət aparan Tizen ƏS-i də nümayiş etdirəcəyi gözlənilir. 

“Nokia”dan isə sərgi iştirakçıları əsasən Lumia 1020 və 1520 modellərinin xələfini - Lumia 1820-ni gözləyirlər. vesti.ru saytının məlumatına görə, smartfonun displeyi yetrəli qədər iri ölçüdə - 5,2 düymdür, "Qualcomm” (Snapdragon 850) yüksək məhsuldarlı çip ilə təchiz edilib, 3 giqabayt gücündə əməli yaddaşa malikdir və 32 Gb-a qədər yaddaş həcmi ilə xarici yaddaş kartını dəstəkləyir. 

Şirkət həmçinin “Normandy” (və ya Nokia X) Android-smatrfonunu da təqdim edəcək. Qurğu 2 SİM-kartı, ikinüvəli çipi, (1Ghz), 512 Mb əməli yaddaş, 4 Gb həcmində fləş, microSD kartını, Bluetooth 4.0, Wi-Fi və GPS modullarını dəstəkləyir. Qurğunun qiymətinin təxminən 110 dollar məbləğində olacağı deyilir. 

Sərgidə həmçinin HTC, “Sony”, LG, “BlackBerry”, “Huawei”, “Google” və “Oppo” şirkətləri də smartfon, planşet kimi innovativ məhsullarını təqdim edəcəklər. Bundan əlavə, “Blackphone” – təqibdən mühafizə edilmiş “kriptosmartfon”unun da nümayişi gözlənilir.