ELANLAR

4608

İnformasiya sistemləri və texnologiyaları üzrə 7-ci beynəlxalq konfrans keçiriləcək

14 Noyabr 2018 - 15:19
İnformasiya sistemləri və texnologiyaları üzrə 7-ci beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

16-19 aprel 2019-cu il tarixlərində İspaniyanın La Toja adasında yerləşən Qalisiya vilayətində İnformasiya sistemləri və texnologiyaları üzrə 7-ci beynəlxalq konfrans – “The WorldCist'19” keçiriləcək. Tədbir tədqiqatçılara informasiya sistemləri və texnologiyaları sahəsində ən son yeniliklər, tendensiyalar və nəticələrin təqdim edilməsi, problemlərin müzakirəsi və təcrübə mübadiləsi üçün imkan yaradan qlobal forumdur.

worldcist.org saytının məlumatına görə, informasiya və biliyin idarə edilməsi; təşkilati modellər və informasiya sistemləri; proqram təminatı və sistem modelləşdirilməsi; proqram sistemləri, arxitektur, proqramlar və alətlər; multimedia sistemləri və proqramlar; kompüter şəbəkələri, mobillik və yayılma sistemləri; intellektual sistemlər və qərarların qəbulunun dəstəklənməsi sistemləri; Big Data analitikası və proqramlar; insan-kompüter qarşılıqlı əlaqəsi; etika, kompüterlər və təhlükəsizlik; səhiyyə informatikası; təhsildə informasiya texnologiyaları; radiokommunikasiyada informasiya texnologiyaları; biotibbi proqramlar üçün texnologiyalar konfransın əsas mövzularını əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.