22-23 dekabr 2018-ci il tarixlərində Avstraliyanın Sidney şəhərində “Soft Computing, Süni İntellekt və Tətbiqləri” mövzusunda VII beynəlxalq konfrans (7th International Conference on Soft Computing, Artificial Intelligence and Applications (SCAI 2018) keçiriləcək.
Tədbirin əsas müzakirə mövzularına qeyri-səlis sistemlər, maşın təlimi, obrazların tanınması, hibrid intellektual sistemlər, data mining alətləri, qeyri-səlis məntiq, proqramlaşdırma dilləri, süni intellekt alqoritmləri, Soft Computing-in nəzəriyyəsi və tətbiqləri və s. daxildir.
Konfransa məqalələr 28 oktyabr 2018-ci il tarixinədək qəbul edilir. Seçilmiş məqalələr “International Journal of Artificial Intelligence & Applications (IJAIA)”, “International Journal of Fuzzy Logic Systems (IJFLS)”, “International Journal on Soft Computing, Artificial Intelligence and Applications (IJSCAI)” , “International Journal on Soft Computing ( IJSC ) jurnallarında nəşr olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.