ELANLAR

4364

Kiber idman həvəskarlarının nəzərinə!

11 Oktyabr 2018 - 14:14
Kiber idman həvəskarlarının nəzərinə!, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Bu gündən etibarən İnnovasiya həftəsi çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat başlanır.

Cari ilin 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə “Xbox” platformasında iki oyun növü “FIFA 19” və “Mortal Kombat” üzrə yarışlar təşkil olunacaq.

Turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs müvafiq qeydiyyat formasını (http://www.cybersport.az/tournaments/BakuOpen2018/BakuOpenRegistrationForm.doc) doldurub elektron poçt vasitəsilə 19 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Kiber İdman Federasiyasına (info@cybersport.az) təqdim etməlidir.

Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı 28 oktyabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə yarışacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdiriləcək.

Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.