ELANLAR

4906

Rusiyada “Mobile VAS & Applications” Beynəlxalq konfransı keçiriləcək

30 Sentyabr 2013 - 10:41
Rusiyada “Mobile VAS & Applications” Beynəlxalq konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

21-22 noyabr tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “Mobile VAS & Applications” beynəlxalq konfransı və “Mobile Trends” Forumu keçiriləcək. 

Qeyd edək ki, hər il konfransda dünyanın 20 ölkəsindən 500-dən çox İKT mütəxəssisi - mobil sənayenin aparıcı mütəxəssisləri, ekspert və analitikləri, uğurlu startap təşkilatçıları, mobil, investisiya və telekommunikasiya şirkətlərinin nümayəndələri, məşhur mobil əlavələrin (proqramların) istehsalçıları iştirak edir. 

Onuncu yubiley konfransında mobil sahənin əsas problemləri ətrafında müzakirələr aparılacaq. Mobil paylanma və mobil reklam problemləri, mobil oyunlar və rəqəmsal məzmun bazarında son tendensiyalar, mobil əlavələr (proqramlar) və dünyada onların pula çevrilməsi modelləri müzakirə edilən əsas mövzulardan olacaq. 

Bununla yanaşı, konfrans çərçivəsində mobil layihələrin sərgisi də keçiriləcək. Tədbir istehsalçılara naşir və investorlarla ünsiyyət qurmağa, yeni partnyorlarla əlaqələr yaratmağa, peşəkarlardan məsləhətlər almağa və layihələrə investisiya cəlb etməyə imkan verəcək. 

vasforum.ru saytının məlumatına görə, bu il ilk dəfə olaraq konfrans çərçivəsində “Mobile Trends” Forumu da keçiriləcək. Forumun proqramında mobil sənayenin inkişafını müəyyən edən aktual tendensiyalar öz əksini tapıb. Tədbirin iştirakçıları vençur investisiyalar və startapların dəstəyi məsələlərini, NFC-ödənişlər sahəsində praktik keyslər və ən yeni işləmələr, yeni mobil interfeysr və qurğular ətrafında müzakirələr aparacaq. 

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycandan da bu tədbirlərə böyük maraq var. Ölkənin gənc və uğurlu startapçıları sözügedən konfrans və foruma qatılacaqlarını və ölkəmizi layiqincə təmsil edəcəklərini qeyd ediblər.