ELANLAR

6071

Beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi keçiriləcək

06 İyun 2018 - 12:01
Beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

23-25 oktyabr 2018-ci il tarixlərində İtaliyanın Milan şəhərində Beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi – “SMAU 2018” keçiriləcək.

“SMAU” sərgiləri İtaliyanın müxtəlif şəhərlərində demək olar ki, hər ay keçirilir. Bu, rəqəmsal texnologiyalar sahəsində ən yeni məhsulların təqdim olunması üçün nəzərdə tutulmuş nüfuzlu tədbirlərdəndir.

expoclub.ru saytının məlumatına görə, Milanda keçirilən sərgi “Fiera Milano” sərgi mərkəzinin 22000 kv. m sahəyə malik 2 birmərtəbəli pavilyonunda baş tutur. Burada məhsul və xidmətlərini təqdim edən 250 şirkət, həmçinin 20 ölkəni təmsil edən 300 şirkət, 50000 ziyarətçi və 1500 jurnalist iştirak edir.

Tədbirin proqramına müxtəlif fəaliyyət sahələrində tətbiq edilən ən yeni texnologiyaların imkanlarının nümayiş etdirilməsinə yönələn treninq, seminar və müzakirələr daxildir.

Müəssisənin idarə olunmasının texniki vasitələri, proqram və aparat təminatı, identifikasiya və təhlükəsizlik sistemləri, telekommunikasiya, şəbəkə texnologiyaları, rəqəmsal qrafika, tətbiqi tədqiqatlar və ixtisaslaşdırılmış ədəbiyyat tədbirin əsas istiqamətlərini əhatə edir.

Sərginin təşkilatçılarının daha bir təşəbbüsü də “Innovation Itineraries” layihəsi çərçivəsində İKT dünyasının ən böyük “oyunçu”larını bir araya toplamaqdır. Burada universitet laboratoriyaları, yenilikçi şirkətlər, elmi laboratoriyalar, elmi və sənaye zonalarının nümayəndələrindən ibarət 60-dan çox iştirakçı yer alır. Onlar informasiya texnologiyaları, telekommumikasiya, aviakosmik sənaye, robot texnikası, biotexnologiyalar, nanotexnologiyalar, həmçinin tibb sahəsində ən son tədqiqatlar, innovasiyalar və məhsullarını təqdim edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.