Dövlət İmtahan Mərkəzi (DİM) AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara müraciət edib.
AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və bu ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar 7-10 iyun tarixlərində DİM-in internet saytında qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.
AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
İxtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının 2018-ci il tarixli 4‑cü sayında verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.