ELANLAR

7982

İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi keçiriləcək

19 Aprel 2018 - 12:39
İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

5-7 iyun 2018-ci il tarixlərdə Böyük Britaniyanın paytaxtı Londonda informasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi – “Infosecurity Europe 2018” keçiriləcək.

Avropanın informasiya təhlükəsizliyi sahəsində ən böyük sərgilərindən olan “Infosecurity Europe” hər il mütəxəssisləri bir araya gətirir. Tədbirdə ən yeni məhsullar, xidmətlər və maarifləndirici proqramlar təqdim edilir. Sərgi iştirakçılara biznes əlaqələrini genişləndirmək, mövcud əlaqələri gücləndirmək və müştərilərlə bilavasitə ünsiyyətdə olmaq imkanı verir. Burada informasiya təhlükəsizliyinin strateji tendensiyaları və aktual problemləri müəyyənləşdirilir.

expoclub.ru saytının məlumatına görə, verilənlərin emalı və saxlanması təhlükəsizliyi, veb-təhlükəsizlik, şəbəkə proqramları, idarəetmə, antivirus müdafiəsi, proqram və aparat təminatı sərginin əsas istiqamətləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.