Noyabrın 5-də saat 10:00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminar keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası, Thomson Reuters və İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə qlobal elmi istinad bazasının (Web of Science) alimlər və elmi qurumlar üçün təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat veriləcək. Bu bazanın elmi-tədqiqat, elmi əməkdaşlıq və analitik təhlillər məqsədilə effektiv istifadəsi mümkündür.
Elmi təşkilatların rəhbərliyi, alimlər, doktorantlar və dissertantlar seminarda iştirak etmək üçün dəvət olunurlar. Tədbirdə iştirak etmək istəyənlərdən 3 noyabr saat 18:00-dək qeydiyyat formasını dolduraraq iro@iit.ab.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd edək ki, seminarda iştirak ödənişsizdir. İngilis-Azərbaycan dillərində sinxron tərcümə xidməti göstəriləcəkdir. İştirakçılar sertifikatla təmin olunacaq.
Seminarda Azərbaycanın qlobal elmi bazaya çıxışı imkanları, AMEA İnformasiya Texnologiyaları İnstitutununda biliklər bazasının yaradılması imkanları, AMEA və Tomson Reuters əməkdaşlığının Azərbaycan elmi üçün prespektivləri, Qlobal elmi bazaya çıxışda Türkiyə təcrübəsi mövzularında müzakirələr aparılacaq.
Əlaqəli şəxs: Marina Məmmədova (Tel: 510 06 98, e-mail: ( iro@iit.ab.az )
Ünvan: B.Vahabzadə 9, İnformasiya Texnologiyaları İnstitutu.