AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev konfransın elmi komitəsinin üzvüdür.
10-11 noyabr 2017-ci il tarixlərdə Türkiyənin Ankara şəhərində “Nəzəri və tətbiqi kompüter elmləri və mühəndislik” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirdə kompüter elmləri və mühəndislik sahəsində ən son yeniliklər, elmi tədqiqatlar müzakirə olunacaq.
Data Mining, elektron kommersiya, elektron səhiyyə, modelləşdirmə, sistem və idarəetmə, kompüter şəbəkəsi və arxitektura, proqram mühəndisliyi və s. konfransın əsas istiqamətlərindəndir.
Daha ətraflı məlumatı www.ictacse.com saytından əldə etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.