ELANLAR

5887

İKT-nin tətbiqi üzrə XI Beynəlxalq konfrans – “AICT 2017” keçiriləcək

21 Avqust 2017 - 12:00
İKT-nin tətbiqi üzrə XI Beynəlxalq konfrans – “AICT 2017” keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Müxtəlif illərdə keçirilmiş “AICT” beynəlxalq konfransları dünyanın 50-dən çox ölkəsi, o cümlədən Avstraliya, Azərbaycan, Əlcəzair, Banqladeş, Belarus, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Yunanıstan, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Filippin, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, Sudan, İspaniya, İsveç, Tayland, Türkiyə, Ukrayna, Britaniya, ABŞ, Özbəkistan daxil olmaqla, yüzlərlə tədqiqatçının diqqətini cəlb edib.

konferencii.ru saytının məlumatına görə, cari ildə İKT-nin tətbiqi üzrə XI Beynəlxalq konfrans – “AICT 2017” 20-22 sentyabr tarixlərində Moskva (Rusiya) şəhərində keçiriləcək.

Konfrans Rusiya Elmlər Akademiyası (REA) V.A. Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu, ADA Universiteti, Moskva Fiziki-texniki İnstitutu, “Moskva Enerji İnstitutu”nun Milli Tədqiqat Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Moskva Aviasiya İnstitutu, Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universiteti, REA Neft və Qaz Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbir, həmçinin IEEE-nin Rusiya və Azərbaycan bölmələrinin dəstəyi, eləcə də, 130 illik tarixə malik, dünyada ən böyük peşəkar mühəndislik assosiasiyası olan Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun – IEEE (ABŞ) sponsorluğu ilə təşkil olunacaq.

“AICT 2017” konfransının seksiyaları:

- Big Data-dan istifadə və onun idarə olunması

- Məlumatların əldə olunması (Data Mining) və informasiya mühəndisliyi

- Kiber-təhlükəsizlik problemləri

- İKT proqramlarında ən yeni tendensiyalar

- Kommunikasiyalar, şəbəkə və avadanlıqlar

- Tədqiqat, təhsil, humanitar və sosial elmlərdə İKT

- Biznes, idarəetmə və iqtisadiyyatda İKT

- Dövlət idarəçiliyində İKT

- Tibb və səhiyyədə İKT

- Yanacaq-enerji sənayesində İKT

Qeyd edək ki, konfransın materialları “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarına daxil olunacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.