ELANLAR

5274

“Türk dillərinin kompüter emalı” mövzusunda V beynəlxalq konfrans keçiriləcək

19 May 2017 - 12:21
“Türk dillərinin kompüter emalı” mövzusunda V beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

18-21 oktyabr 2017-ci il tarixlərdə Rusiyanın Kazan şəhərində “Türk dillərinin kompüter emalı” mövzusunda V beynəlxalq konfrans keçiriləcək.

Tədbirin əsas istiqamətləri aşağıdakılardır:

- türk dilləri üçün formal modellər;

- kompüter sistemləri və terminologiyanın milli lokallaşdırılması;

- mətnlərin morfoloji və sintaktik emalı sistemləri;

- nitqin sintezi və tanınması sistemləri;

- mətnlərin semantik emalı sistemləri;

- maşın tərcüməsi sistemləri;

- türk dillərinin öyrədilməsi üçün intellektual sistemlər və texnologiyalar. 

Konfransın işçi dilləri ingilis, rus və tatar dilləridir.

Mühüm tarixlər:

Məqalələrin annotasiyalarının təqdim olunması üçün son gün: 1 iyul 2017-ci il.

Məqalələrin tam mətninin təqdim olunması üçün son gün: 10 sentyabr 2017-ci il.

Konfransın proqramının nəşr olunması: 10 oktyabr 2017-ci il.