“EaP Connect” layihəsi elmi tədqiqatçılara beynəlxalq miqyaslı elm və təhsil şəbəkələrindən faydalanmaq imkanı verir.
Azərbaycan alimləri beynəlxalq müsabiqəyə dəvət olunur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “EaP Connect layihəsi çərçivəsində “Tədqiqatını işıqlandır” (“Enligthen Your Research”) adlı müsabiqə keçirilir.
Müsabiqəyə yüksəksürətli İnternet şəbəkəsinə çıxış, hesablama və yaddaş resursları tələb edən elmi-tədqiqat işləri qəbul olunur. Tədqiqatçılar bu müsabiqəyə qoşulmaqla Avropanın superkompüterlərindən və qabaqcıl şəbəkə texnologiyalarından ödənişsiz şəkildə yararlana biləcək. Elmin bütün sahələrinə açıq olan müsabiqənin qaliblərinə tədqiqat prosesində yaranan hesablama resursları, yaddaş, şəbəkə texnologiyaları ilə bağlı dəstək veriləcək.
Qalib gələn tədqiqatçılar 1 il müddətində yüksəksürətli İnternet şəbəkəsi, hesablama və yaddaş resurslarından istifadə etmək hüququ qazanacaq. Həmçinin qalib layihələr 27-28 sentyabr 2017-ci ildə Belarusiyanın paytaxtı Minsk şəhərində “EaP Connect”in təşkilatçılığı ilə keçiriləcək “Şərq Tərəfdaşlığı E-İnfrastruktur Konfransı”nda (EAPEC 2017) iştirak edəcək və mükafatlandılacaq.
EYR@EaP 2017 vasitəsilə təqdim edilən müsabiqəyə aşağıdakı infrastruktur xidmətləri və resursları daxildir:
Daha ətraflı məlumatı eapconnect.eu saytından əldə etmək mümkündür.
Mühüm tarixlər:
Müsabiqənin ilkin mərhələsinin elanı – 7 fevral 2017-ci il
Müraciət üçün son tarix – 7 aprel 2017-ci il
Müsabiqənin ilkin mərhələsinin bildirişlərinin e-mail vasitəsilə göndərilməsi – 8 May 2017-ci il
Konsultasiya mərhələsi – may-iyun 2017-ci il
Layihənin təqdim oluması üçün son tarix – 3 İyul 2017-ci il
Qalib layihələrin elan olunması – 1 avqust 2017-ci il
EAPEC2017 konfransında mükafatlandırma mərasimi – 27-28 sentyabr 2017-ci il
Layihənin işinə başlanılması – dekabr 2017 - dekabr 2018-ci il
Əlaqə: iro@iit.science.az
“EaP Connect” layihəsi ilə bağlı əlavə məlumat: www.eapconnect.eu
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.