10-12 aprel 2017-ci il tarixlərdə Macarıstanın paytaxtı Budapeşt şəhərində e-cəmiyyət üzrə XV beynəlxalq konfrans keçiriləcək. Tədbir informasiya cəmiyyətində narahatlıq doğuran əsas problemlərin həllinə dəstək məqsədi daşıyır.
İnformasiya Cəmiyyətinin İnkişafı üzrə Beynəlxalq Assosiasiyanın təşkilatçılıq etdiyi konfrans e-cəmiyyətdən rəqəmsal bərabərsizliyə kimi müxtəlif aspektlərə aid mövzuları əhatə edir. Tədbirdə e-kommersiya, e-təlim, yeni media və e-cəmiyyət, e-hökumət, e-səhiyyə və s. kimi istiqamətlərdə müzakirələr aparılacaq.
Mühüm tarixlər:
Məqalələrin qəbulu üçün son tarix: 25 noyabr 2016-cı il
Qeydiyyatdan keçmək üçün son tarix: 20 yanvar 2017-ci il
Daha ətraflı məlumatı www.esociety-conf.org saytından əldə etmək mümkündür.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.