ELANLAR

5306

“GITEX Technology Week 2016” sərgisi keçiriləcək

07 Sentyabr 2016 - 11:13
“GITEX Technology Week 2016” sərgisi keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

16-20 oktyabr 2016-cı il tarixlərdə Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) “GITEX Technology Week 2016” – Fars körfəzi regionunun informasiya texnologiyalarının 36-cı beynəlxalq sərgisi keçiriləcək.

1981-ci ildən ardıcıl olaraq keçirilən GITEX informasiya-kommunikasiya texnologiyaları və elektronika sahəsində son nailiyyətlərin nümayiş olunduğu ən böyük və nüfuzlu sərgilərdəndir.

Sərgi çərçivəsində “GITEX Business Solutions”, “GULFCOMMS”, “GITEX Network and Security segment”, “GITEX e-Government”, “GITEX Mobile Apps World”, “The Consumer Electronics” kimi tədbirlər təşkil olunacaq.

GITEX sərgisinin tematik bölmələri:

• Proqram təminatı təchizatçıları

• Şəbəkələr üçün avadanlıq və proqramlar

• Rabitə xidmətləri təchizatçıları

• Sistem inteqratorları

• Banklar və maliyyə institutları

• İstehlak elektronikası

• İT nəşrlər

• Peyk yayımı və multimedia

• Simsiz və mobil texnologiyalar

Qeyd edək ki, sərgi çərçivəsində, həmçinin dairəvi masa, konfrans, brifinq və seminarlar keçiriləcək. Burada dünyanın müxtəlif ölkələrindən olan aparıcı mütəxəssislər tərəfindən informasiya texnologiyalarının gələcəyinə dair fikir mübadiləsi aparılacaq.

GITEX Texnologiya Həftəsi çərçivəsində keçiriləcək beynəlxalq konfransda kompüter və informasiya təhlükəsizliyi problemləri üzrə müxtəlif təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

expoclub.ru