ELANLAR

6717

“Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək

26 Aprel 2016 - 01:48
“Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

24 may 2016-cı il tarixdə AMEA Rəyasət Heyəti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “Elektron tibbin multidissiplinar problemləri” I respublika elmi-praktiki konfransı keçiriləcək.

Konfransın əsas istiqamətləri: 

I.  TİBBİN İKT PROBLEMLƏRİ

  • Tibbin informasiyalaşdırılması problemləri (Tibbin informasiyalaşdırılmasının texnoloji və normativ-hüquqi bazası, tibbi informasiya mübadiləsinin qanunvericilik əsasları, e-dövlət platformasında e-tibb, elektron tibb kartları, tibbi müəssisələrin və apteklərin avtomatlaşdırılması, tibbi reyestrlər, tibbi standartlar, klassifikatorlar, e-tibbin terminoloji, sosial-iqtisadi aspektləri və s.)
  • E-tibdə informasiyanın emalını, menecmentini və müxtəlif təyinatlı qərarların dəstəklənməsini təmin edən informasiya resursları, texnologiyalar, servislər, metod və vasitələr (mobil-tibb, İnternet-tibb, veb-texnologiyalar, tibbi informasiya sistemləri, bulud və qrid texnologiyaları, GİS-texnologiyalar, sensor şəbəkələri, tibbi informasiya resurslarının inteqrasiyası, multimediya texnologiyaları, intellektual analiz, tibbi qərarların qəbulunun dəstəklənməsi sistemləri, biliklər və verilənlər bazası, Big Data, tibbi məlumatların təhlükəsizliyini təmin edən metod və vasitələr, tibbi təsvirlərin və siqnalların emalı və s.) 
  • Fasiləsiz tibbi təhsil və kadr problemləri, fundamental tibbi tədqiqatların informasiya dəstəyi (tibbi kontentlər, tibbi tədqiqatların informasiya dəstəyi, tibbi informatika, elektron tibbi kitabxanalar, elektron öyrədici və biliyin qiymətləndirilməsi sistemləri, 3D təlim vasitələri, vebinarlar, distant tibbi təhsil və s.)

 II.  İKT-nin TİBB PROBLEMLƏRİ

  • İKT-nin tibbi problemləri (informasiya ilə ifrat yüklənmə, İKT-nin təsiri ilə yaranan xəstəliklər, İKT-həyat tərzi xəstəlikləri, İKT-asılılıq və s.)

Məruzələrin tərtibatına dair tələblər

Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş materiallar qəbul olunur. 

Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) çox olmamalıdır.

Məruzə elektron şəkildə depart15@iit.ab.az ünvanına göndərilməlidir. 

Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır. 

Məruzənin formatı IEEE standartına uyğun olmalıdır. Faylın yaradılması üçün Sample_IEEE.doc şablonundan istifadə edilməlidir. Düsturlar Microsoft Equation redaktorunda (standart parametrlər ilə) yığılmalıdır. Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyad(lar)ı ingilis dilində əlavə edilməlidir. 

Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” (“Ekran”) formatında slaydlar hazırlamalıdırlar. Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

Şablonu yükləmək olar: Sample_IEEE (eng).doc. 

Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_IEEE(aze).doc.

Mühüm tarixlər:

13 may 2016

Məruzələrin təqdim edilməsi üçün son tarix 

20 may 2016

Məruzələrin ekspertizasının nəticələri haqqında müəlliflərin məlumatlandırılması tarixi

24 may 2016

Konfransın iş günü

Əlaqə
Ünvan:    AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9A.

                AMEA İnformasiya Texnologiyaları İnstitutu
Tel:          (+994 12) 539-97-39; 537-22-97
E-poçt:     depart15@iit.ab.az
Faks:        (+994 12) 539-61-21

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.