“E-kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransı keçiriləcək 10.03.2016    10:34

15 aprel 2016-cı il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “E-kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransı keçiriləcək. Konfransın təşkilatçıları AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti, AMEA Mərkəzi Elmi Kitabxanası və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumudur.

Konfransın əsas istiqamətləri:

  • E-kitabxana texnologiyaları problemləri;
  • E-kitabxanaların bibliometrik problemləri;
  • E-kitabxanaların qarşılıqlı inteqrasiyası problemləri;
  • E-kitabxanalarda Big Data problemləri;
  • E-kitabxanalarda informasiya təhlükəsizliyi problemləri;
  • E-kitabxanaların normativ-hüquqi bazasının formalaşması problemləri;
  • Gələcək nəsil e-kitabxanaların formalaşması problemləri;
  • E-kitabxanaların idarə olunması və istismarı problemləri;
  • E-kitabxanalarda praktiki nailiyyətlər və təcrübə mübadiləsi.

Məruzələrin tərtibatına dair tələblər:

Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş və əvvəllər çap olunmamış materiallar qəbul olunur.

Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) çox olmamalıdır. Məruzə elektron şəkildə elibrary2016.iit@gmail.com ünvanına göndərilməlidir.

Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır.

Məruzənin formatı IEEE standartına uyğun olmalıdır. Faylın yaradılması üçün Sample_IEEE.doc şablonundan istifadə edilməlidir. Düsturlar “Microsoft Equation” redaktorunda (standart parametrlər ilə) yığılmalıdır. Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyad(lar)ı ingilis dilində əlavə edilməlidir.

Məruzəçilər “MS PowerPoint” redaktorunda “On-screen Show” (“Ekran”) formatında slaydlar hazırlamalıdırlar. Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

Şablonu yükləmək olar: Sample_IEEE (eng).doc.

Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_IEEE (aze).doc.

Mühüm tarixlər:

30 mart 2016

Məruzələrin təqdim edilməsi üçün son tarix

08 aprel 2016

Məruzələrin ekspertizasının nəticələri haqqında müəlliflərin məlumatlandırılması tarixi

15 aprel 2016

Konfransın iş günü

Əlaqə:

Ünvan:    AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9A.

                AMEA İnformasiya Texnologiyaları İnstitutu

Tel:          (+994 12) 510-27-60, 510-06-98

E-poçt:    elibrary2016.iit@gmail.com

Faks:        (+994 12) 539-61-21

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR