15 aprel 2016-cı il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda “E-kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransı keçiriləcək. Konfransın təşkilatçıları AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət Universiteti, AMEA Mərkəzi Elmi Kitabxanası və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumudur.
Konfransın əsas istiqamətləri:
Məruzələrin tərtibatına dair tələblər:
Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş və əvvəllər çap olunmamış materiallar qəbul olunur.
Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) çox olmamalıdır. Məruzə elektron şəkildə elibrary2016.iit@gmail.com ünvanına göndərilməlidir.
Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, əldə olunmuş nəticələrin elmi-praktiki əhəmiyyəti əks olunmalıdır.
Məruzənin formatı IEEE standartına uyğun olmalıdır. Faylın yaradılması üçün Sample_IEEE.doc şablonundan istifadə edilməlidir. Düsturlar “Microsoft Equation” redaktorunda (standart parametrlər ilə) yığılmalıdır. Məqaləyə məruzənin adı, xülasəsi və müəllif(lər)in soyad(lar)ı ingilis dilində əlavə edilməlidir.
Məruzəçilər “MS PowerPoint” redaktorunda “On-screen Show” (“Ekran”) formatında slaydlar hazırlamalıdırlar. Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.
Şablonu yükləmək olar: Sample_IEEE (eng).doc.
Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_IEEE (aze).doc.
Mühüm tarixlər:
30 mart 2016 | – | Məruzələrin təqdim edilməsi üçün son tarix |
08 aprel 2016 | – | Məruzələrin ekspertizasının nəticələri haqqında müəlliflərin məlumatlandırılması tarixi |
15 aprel 2016 | – | Konfransın iş günü |
Əlaqə:
Ünvan: AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9A.
AMEA İnformasiya Texnologiyaları İnstitutu
Tel: (+994 12) 510-27-60, 510-06-98
E-poçt: elibrary2016.iit@gmail.com
Faks: (+994 12) 539-61-21
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.