ELANLAR

6236

İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi – Infosecurity Europe 2016 keçiriləcək

17 Fevral 2016 - 14:00
İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi – Infosecurity Europe 2016 keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

7-9 iyun 2016-cı il tarixlərdə Londonda (Böyük Britaniya) informasiya təhlükəsizliyi üzrə beynəlxalq sərgi – Infosecurity Europe 2016 keçiriləcək.

Avropanın ən böyük sərgilərindən olan Infosecurity Europe hər il informasiya təhlükəsizliyi sahəsinin mütəxəssislərini bir araya gətirir. Tədbirdə ən yeni məhsullar, xidmətlər və maarifləndirici proqramlar təqdim edilir. Burada iştirakçılar üçün biznes əlaqələrini genişləndirmək, mövcud əlaqələri gücləndirmək və müştərilərlə bilavasitə ünsiyyətdə olmaq imkanı yaranır. Sərgidə informasiya təhlükəsizliyinin strateji tendensiyaları və aktual problemləri müəyyənləşdirilir.

expoclub.ru saytının məlumatına görə, verilənlərin saxlanması və emalının təhlükəsizliyi, şəbəkə proqramları, veb-təhlükəsizlik, idarəetmə, antivirus müdafiəsi, proqram və aparat təminatı sərginin əsas istiqamətləridir.