6-9 yanvar 2016-cı il tarixlərdə ABŞ-ın Las-Veqas şəhərində “CES 2016” – Beynəlxalq elektronika sərgisi keçiriləcək. “Intel”, “Microsoft”, “Samsung”, “Sony” və digər tanınmış şirkətlərin iştirak etdiyi sərgi ziyarətçilərinin sayına görə böyük miqyaslı tədbirlərdən hesab olunur.
“CES 2016”da qonaqlara audio, video və rəqəmsal texnika geniş spektrdə təqdim ediləcək. Sərgidə kompüter avadanlığı və proqram təminatı, qabaqcıl texnologiyalar, telekommunikasiya, simsiz qurğular və s. üzrə mütəxəssislər bir araya toplaşacaq.
Sərgi çərçivəsində tanınmış şirkətlərin nümayəndələrinin öz məhsulu haqqında ətraflı məlumat verməsi üçün mətbuat konfransı keçiriləcək. Həmçinin qabaqcıl texnologiyalar üzrə gənc mütəxəssislər üçün “Last Gadget Standing” müsabiqəsi təşkil ediləcək.