Noyabrın 3-dən 5-nə kimi Milanda (İtaliya) “Sicurezza 2015” – təhlükəsizlik texnologiyaları, avadanlıqları və sistemləri beynəlxalq sərgisi keçiriləcək. Avropanın aparıcı tədbirlərindən olan və təhlükəsizliyin təmini ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuş “Sicurezza”da terrorizm, qaçaqmalçılıq, cinayətkarlıq, şəxsi təhlükəsizlik kimi aktual məsələlərə cavablar axtarılır. Sərgidə təhlükəsizlik məsələlərindən əlavə əsas mövzulardan biri də “Əşyaların İnterneti” olacaq.
“Fiera Milano” Konqres-sərgi Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sicurezza 2015” 1982-ci ildən keçirilir.
2 ildən bir keçirilən sərgidə mühafizə avadanlıqları, sistemləri və vasitələri, yanğın təhlükəsizliyi, informasiyanın mühafizəsi, fərdi mühafizə qurğuları və vasitələri, oğurluq hallarının qarşısının alınması, bahalı əşya, sənəd və informasiyanın mühafizəsi, kommunal müəssisələrin təhlükəsizliyi və avtomatlaşdırılması, kibertəhlükəsizlik, yolların təhlükəsizliyi və s. kimi göstərilən xidmətlər və məhsullar nümayiş olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.