2016-ci ilin fevral ayının ikinci yarısında İran İslam Respublikasının Elm və Texnologiya Elmi Tədqiqat Təşkilatı və Elm, Tədqiqat və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 29-cu Beynəlxalq Xarəzmi Mükafatının təqdimetmə mərasimi keçiriləcək.
Ənənəvi olaraq hər il təşkil edilən beynəlxalq müsabiqənin keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı, innovator və ixtiraçıların elmə verdiyi töhfələri qiymətləndirmək, onların beynəlxalq aləmdə tanınmasına dəstək verməkdir. Mükafata aerokosmonavtika, informasiya texnologiyaları, dəqiq elmlər, nano-texnologiyalar, biotexnologiya, ətraf mühit və fundamental tibb elmləri, kənd təsərrüfatı, mexanika, elektronika və informatika, material və metallurgiya və s. sahələr üzrə tədqiqatçı və alimlər namizədliyini irəli sürə bilər.
Mükafatlar Tətbiqi araşdırma, Tədqiqat və işləmə, Fundamental araşdırma, İxtira və innovasiyalar kateqoriyaları üzrə təqdim olunacaq.
Müsabiqə barədə ətraflı məlumatı www.khwarizmi.ir internet səhifəsindən əldə etmək olar.
Namizədliyin irəli sürülməsi üçün son tarix 10 noyabr 2015-ci ildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.